Зарегистрироваться
Управление объявлениями
 
Продам / купить
Organik Gübrə / Peyin / Kompost, Баку
Organik Gübrə / Peyin / Kompost
Продам / купить

Organik Gübrə / Peyin / Kompost, Баку

Регион: весь Азербайджан, Баку
Архивное объявление
Найти похожие
İlk dəfə olaraq, “Səba” orqanik gübrə istehsalına başlayıb. Orqanik gübrə “Səba” quşçuluq müəssisəsinin quşlarının peyinindən hazırlanır. Quş kompustunun dənəvəri (qranulları) olan gübrə yüksək keyfiyyətə, qidalandırıcı və orqanik tərkibə malikdir.

Orqanik gübrənin tərkibindəki azot, fosfor və kalium bitkilərin normal inkişafını təmin edir. Orqanik gübrə torpağın strukturunu və münbitliyini artırır, torpaqda havalanmanı, su və suda həll olunan qida maddələrinin mənimsənilmə qabiliyyətini yüksəldir. Torpaq üçün faydalı mikroorqanizmlərin inkişafına şərait yaradır, ziyanvericilərə qarşı immuniteti artırır, mineral gübrələrə olan tələbatı azaldır. Orqanik (üzvi) gübrə ilə qidalanmış torpaqda yetişən məhsul istehlak keyfiyyətinə və rəqabət qabiliyyətinə görə daha üstün olur. (//agro-azerbaijan.com)

Həyət və sahələrinə üzvi gübrə - peyin verənlərə «Səba» daha təmiz və sərfəli vasitə təklif edir. «Səba» orqanik gübrəsi həyət və sahələrə üfunət iyi və milçək yığmır, özü ilə alaq otları və bitki xəstəlikləri daşımır. Qurudulub sıxılması onu daha yığcam və yüngül edib – 400 kq orqanik gübrə 1 yük maşını peyini əvəz edir. Rahat qablaşdırması isə onu asan daşımaq imkanı verir.
“Səba” orqanik gübrəsi 25 kq. çəki ilə kisələrdə qablaşdırılır. Məhsul ev bitkilərindən tutmuş, iri sahələrdə becərmələrə qədər istifadə oluna bilər. Yeni “Səba” məhsulunun daha bir üstünlüyü kisənin üzərində müxtəlif bitkilər - əkinlər üçün istifadə normalarının yazılmasıdır. Fermerlərə daha sərfəli qiymətə təklif ediləcək 700 kq çəkili kisələrin üzərində isə meyvə, tərəvəz, dekorativ bitkilərdən başqa, həm də taxıl və dənli, paxlalı bitkilərə lazım olan gübrə norması göstərilib.
“ “Səba”-nın orqanik gübrə istehsalı ölkədə bu sahədə bir ilk, fermerlərə dəstək olmaqdan başqa, şirkətimizin sosial məsuliyyət layihəsi kimi də qəbul edilə bilər. Doğrudur, biz ekologiyanı qoruyaraq, indiyədək öz əkin sahələrimizdə quş peyinindən istifadə edirdik. Amma indi başqa fermerlər də torpaq üçün vacib olan bu orqanik gübrədən istifadə edə biləcəklər. İstehsal etdiyimiz orqanik gübrənin tərkibi bir daha sübut edir ki, “Səba” öz quşlarını yalnız təbiətə və insan orqanizminə faydalı olan yem ilə bəsləyir”
 
Дополнительно
ID объявления: #471 (добавлено незарегистрированным пользователем)
Постоянный адрес объявления: 
Показов / просмотров за сегодня: ?, всего: ?
 
ru
/ru/
0